İş dünyasında bəzi peşələrin yerini alacağı deyilən süni intellekt daha irəli gedərək müdür olub.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, bir internet saytında süni intellekt botlarının özlərinin yerinə yetirə bilməyəcəyi fiziki işlər üçün könüllü istifadəçilərə saatlıq və ya günlük tapşırıqlar üçün ödəniş etdiyi ortaya çıxıb.
Süni intellektin insan gücü olmadan vəzifəsini tamamlayamayacağını sübut edən bir inkişaf yaşanıb. Bir internet saytında süni intellekt botlarının öz başlarına həll edə bilmədikləri fiziki və ya mürəkkəb tapşırıqları yerinə yetirmək üçün insan istifadəçiləri işə götürdüyü məlum olub. Bu yeni tətbiqə əsasən, süni intellekt robotları özləri üçün mümkünsüz olan fiziki tapşırıqlar üçün insan işçiləri kirayələyir və onlara maaş ödəyir.
Bu məqsədlə yaradılan "RentAHuman" platforması keçən ay fəaliyyətə başlayıb. Layihə kripto tərtibatçısı Aleksandr Liteplo tərəfindən həyata keçirilib. Layihənin məqsədi süni intellekt agentlərinin fiziki dünyada yerinə yetirə bilmədiyi işləri insanlara etdirə bilməsi üçün bir bazar yeri yaratmaqdır.