ABŞ Dövlət Departamenti vətəndaşlarına çağırış edib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Bəhreyndə yaşayan bütün ABŞ vətəndaşlarına növbəti rəsmi bildirişə qədər olduqları yeri tərk etməmələri ilə bağlı çağırış edib.
Nazirliyin çərşənbə axşamı yaydığı açıqlamada təhlükəsizlik səbəbləri nəzərə alınaraq vətəndaşlardan çölə çıxmamaları və hazırkı olduqları məkanda qalmaları xahiş olunub. Qərarın bölgədə artan gərginlik və mümkün risklərlə əlaqədar qəbul edildiyi bildirilir.