ABŞ-dən bu 5 ölkəyə viza müjdəsi

16:51 - 14 May 2026

ABŞ-dən bu 5 ölkəyə viza müjdəsi

ABŞ Dünya Kuboku iştirakçısı beş Afrika ölkəsi üçün viza təminatı ödənişini ləğv edib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ, Dünya Kubokuna qatılmağa haqq qazanan beş Afrika ölkəsi – Əlcəzair, Yaşıl Burun Adaları, Fil Dişi Sahili, Seneqal və Tunis – vətəndaşları üçün viza müraciətlərində təminat ödənişi şərtini müvəqqəti ləğv edib. Bu, ölkələrinin oyunları üçün bilet alan azarkeşlərin ABŞ-yə giriş zamanı 5 min ilə 15 min dollar arasında dəyişən təminat ödənişindən azad olunacağı deməkdir.

Qeyd edək ki, ABŞ 2025-ci ilin sonlarında bəzi B1/B2 vizaları üçün təminat ödənişi tələb edən proqramı tətbiq etmişdi. Bu vizalar iş və turizm məqsədli səfərlər üçün nəzərdə tutulub və ödənilmiş təminat yalnız vize şərtləri pozulmasa geri qaytarılır. ABŞ 15 aprel 2026-dan etibarən FIFA Pass vasitəsilə qeydiyyatdan keçən Dünya Kuboku azarkeşləri üçün bu məhdudiyyətləri müvəqqəti olaraq ləğv edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az