Türkiyənin Manisa şəhərində həbsxananın damı uçub.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, Manisanın Salihli rayonunda yerləşən Açıq Cəzaçəkmə Müəssisəsinin damının uçması nəticəsində 15 məhkum yüngül xəsarət alıb.
Məlumata görə, yerli vaxtla saat 14:00 radələrində başlayan və qısa müddət dava edən fırtına Durasıllı məhəlləsindəki müəssisənin damının bir hissəsinin qopmasına səbəb olub. Qopan hissə həyətdə olan məhkumların üstünə düşüb. Yaralılar xəstəxanaya çatdırılıb.