Finlandiyanın paytaxtı Helsinkidə dron həyəcanı yaşanıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, rəsmi qurumlar paytaxt ərazisində müşahidə olunan intensiv pilotsuz uçuş aparatı hərəkətləri səbəbindən təhlükəsizlik tədbirlərini gücləndirib və Helsinki Hava Limanındakı hava hərəkəti müvəqqəti dayandırılıb.
Finlandiyalı rəsmi şəxslərin açıqlamasında hava məkanında qeydə alınan dron fəaliyyətləri nəticəsində uçuş təhlükəsizliyinin təmin edilməsi məqsədilə təcili tədbirlərin tətbiq olunduğu bildirilib. Bəzi reyslərin təxirə salındığı, bəzilərinin isə gözləmə rejiminə keçirildiyi qeyd olunub.
Hadisədən sonra polis və hava təhlükəsizliyi xidmətləri ərazidə araşdırma aparmağa başlayıb. Rəsmi qurumlar dronların mənbəyinə dair istintaqın davam etdiyini açıqlayıb və vətəndaşlara hava limanı ətrafından uzaq durmaları tövsiyə ediblər.