"Hərbi yol həll yolu deyil" - İran Xarici İşlər Naziri

16:18 - 15 May 2026

\"Hərbi yol həll yolu deyil\" - İran Xarici İşlər Naziri

İran Xarici İşlər Naziri Abbas Əraqçi hərbi müdaxilələrin problemləri həll etməkdə təsirli olmadığını bildirərək ABŞ-nin bu reallığı anlamalı olduğunu söyləyib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, Hindistanın paytaxtı Yeni Dehlidə keçirilən BRICS Xarici İşlər Nazirləri Görüşünün ikinci günündə Hindistan mediasına açıqlamalar verib. O, ABŞ və İsrailin İranı ən az iki dəfə “sınaqdan keçirdiyini” qeyd edib və bildirib:
“Hərbi həll yolu yoxdur və ABŞ bunu başa düşməlidir. Hərbi əməliyyatlarla məqsədlərinə çata bilməzlər, amma diplomatiya yolu izləsələr vəziyyət fərqli olacaq”.

Əraqçi danışıqlar zamanı İran ilə ABŞ arasındakı əsas problemin ABŞ rəsmilərinin açıqlamaları, müsahibələri və göndərdikləri ziddiyyətli mesajlar olduğunu vurğulayıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az