İran millisinin 2026 Dünya Kubokuna səfəri viza məsələsinə görə sual altındadır.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, İran Futbol Federasiyası 2026 Dünya Kubokunda ABŞ-yə səfər edəcək milli komandanın üzvlərinin vizalarının hələ verilmədiyini açıqlayıb. Təşkilat FIFA-dan turnirdə iştirak üçün təminat gözləyir, lakin proses hələ də qeyri-müəyyən olaraq qalır.
İran Futbol Federasiyası Prezidenti Mehdi Taj bildirib ki, milli komanda üçün tələb olunan ABŞ vizaları hələ təsdiqlənməyib. Taj həmçinin qeyd edib ki, məsələ ilə bağlı FIFA ilə kritik görüş keçiriləcək və viza problemi hələlik həllini tapmayıb.