Şagirdləri daşıyan avtobus qəzaya düşdü - Ölən və yaralananlar var

20:11 - 15 May 2026

Şagirdləri daşıyan avtobus qəzaya düşdü - Ölən və yaralananlar var

Türkiyənin Yozqat vilayətinin Saraykent rayonunda sürücünün idarəetməni itirməsi nəticəsində şagirdləri daşıyan avtobus yoldan çıxaraq dərəyə aşıb. 


Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, ağır yol-nəqliyyat hadisəsi zamanı 2 şagird və sürücü həyatını itirib, daha 7 şagird isə müxtəlif dərəcəli xəsarətlər alıb.

İlkin məlumata görə, qəza Saraykent rayonunun Söyüdlü kəndi yaxınlığında baş verib. Şərəf Şahinin idarə etdiyi 66 ADL 198 dövlət qeydiyyat nişanlı şagird avtobusu naməlum səbəbdən yoldan çıxaraq dərəyə aşaraq aşıb.

Hadisə nəticəsində sürücü ilə yanaşı, 2-ci sinif şagirdi Çınar Şahin və 4-cü sinif şagirdi Zənnurə Özdemir hadisə yerində dünyasını dəyişib. Qəza zamanı xəsarət alan 7 şagird isə ətraf ərazilərdə yerləşən xəstəxanalara çatdırılıb.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az