Qatarda güclü PARTLAYIŞ - Ölən və yaralananlar var 

11:25 - 24 May 2026

Qatarda güclü PARTLAYIŞ - Ölən və yaralananlar var 

Pakistanın Kvetta şəhərində qatarın partladılması nəticəsində azı 16 nəfər həlak olub və daha bir neçə nəfər yaralanıb.


Manset.az xəbər verir ki, bu barədə yerli polisə istinadən "Associated Press of Pakistan" məlumat yayıb.

Məlumata görə, hadisə Çaman Phatak bölgəsindən keçən dəmir yolu xəttində qeydə alınıb. Bildirilir ki, sərnişinlər Qurban bayramını qeyd etmək üçün doğma yurdlarına gedirdilər.

Bütün xəsarət alanlar xəstəxanaya yerləşdirilib. Polisin məlumatına görə, partlayış nəticəsində dəmir yolu xətti boyu park edilmiş nəqliyyat vasitələri də zədələnib.

Hadisə yerinə polislər və xilasedicilər cəlb edilib. Faktla bağlı araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az