Türkiyənin Gümüşhane ərazisində 19 yaşlı universitet tələbəsi olan gənc qız yaşadığı evdə ölü tapılıb.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Çamlıca məhəlləsində Sebahattin Aytaç küçəsində yerləşən üçmərtəbəli fərdi yaşayış evində baş verib. Məlumata görə, Gümüşhane Universitetinin tələbəsi olan və bacısı ilə birlikdə evin orta mərtəbəsində yaşayan 19 yaşlı Rabia Yıldızı səhər saatlarında oyatmaq istəyən bacısı onu yataqda hərəkətsiz vəziyyətdə aşkarlayıb.
Hadisə barədə 112 Təcili Çağrı Mərkəzinə məlumat verildikdən sonra ünvana təcili tibbi yardım və polis əməkdaşları cəlb olunub. Həkimlərin apardığı ilkin müayinədən sonra Rabia Yıldızın həyatını itirdiyi müəyyənləşib. Ölümün səbəbi isə hələ ki məlum deyil.