Anqolanın şimalında qanunsuz qızıl mədənində torpaq sürüşməsi baş verib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, torpaq sürüşməsi nəticəsində ilkin məlumatlara görə 13-ü eyni ailədən olmaqla 28 nəfər həyatını itirib.
Mədəndən yaralı vəziyyətdə xilas edilən 3 nəfər xəstəxanada müalicəyə alınıb.
Mədəndə olduğu müəyyən edilən daha 2 nəfərin tapılması üçün axtarış-xilasetmə işləri davam etdirilir.