Çinin cənub-qərbində yerləşən Çonqçinq şəhərində həftəsonu baş verən sel fəlakəti nəticəsində həyatını itirənlərin sayı 9 nəfərə çatıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, məlumata görə, Yonqçuan rayonunda mayın 23-nə keçən gecə başlayan və səhər saatlarınadək davam edən güclü yağışların səbəb olduğu daşqından sonra axtarış-xilasetmə əməliyyatları davam edir.
1827 nəfərin cəlb olunduğu əməliyyatlar zamanı indiyədək 9 nəfərin meyiti tapılıb, daha 11 nəfərin taleyi isə naməlum olaraq qalır.
Rayonda sel fəlakətindən zərərçəkənlər üçün yaradılmış 42 müvəqqəti sığınacaqda 2141 nəfər yerləşdirilib.