Birləşmiş Krallıqdən İspaniyaya qədər bir çox Avropa ölkəsində may ayında temperatur rekord həddə çatıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, havanın temperaturunun 40 dərəcəyə qədər yüksəlməsi səbəbindən sağlamlıqla bağlı xəbərdarlıqlar verilib, bəzi regionlarda su təchizatında məhdudiyyətlər tətbiq olunub.
Meteoroloji qurumlar ayın sonuna qədər yüksək temperaturun davam edəcəyini bildirərək bəzi bölgələrdə sağlamlıqla bağlı xəbərdarlıq rejiminin qüvvədə olduğunu qeyd ediblər.