Sabiq Danimarka kraliçası II Marqarit yıxılma nəticəsində bud nahiyəsində yaranan ciddi hematoma görə xəstəxanaya yerləşdirilib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Krallıq Sarayının yaydığı açıqlamada aparılan müayinələr zamanı yıxılmadan sonra bud bölgəsində xeyli miqdarda qan toplanmasının aşkarlandığı bildirilib.
İki il əvvəl oğlu Kral Frederik Xin xeyrinə taxtdan imtina edən kraliçanın Kopenhagendə yerləşən Rigshospitalet xəstəxanasında bir neçə gün qalacağı qeyd olunub. Açıqlamada onun vəziyyətinin ümumilikdə stabil olduğu vurğulanıb.
Qeyd edək ki, Kraliça Marqarit may ayının ortalarında da angioplastika əməliyyatı keçirmiş və bu səbəbdən bir müddət xəstəxanada müalicə almışdı.