Pakistanda zəlzələ oldu - Ölən və yaralılar var

00:30 - 27 May 2026

Pakistanda zəlzələ oldu - Ölən və yaralılar var

Pakistanın Pəncab əyalətinin şimalındakı Celam dairəsində baş verən zəlzələ nəticəsində ən azı bir nəfər həlak olub, daha 11 nəfər yaralanıb.


Manset.az Report-a istinadən xəbər verir ki, maqnitudası 4,8 olan zəlzələnin ocağı 12 km dərinlikdə yerləşib, episentr Celamdan 58 km cənub-qərbdə olub. Hadisə nəticəsində 10 ev zədələnib.

Hadisə yerinə polis, xilasetmə xidməti və yerli administrasiyanın nümayəndələri cəlb edilib. Axtarış-xilasetmə işləri davam edir.

"12 yaralı tibb mərkəzinə çatdırılıb, onlardan səkkizi sonradan xəstəxanaya köçürülüb. Bir yeniyetmənin həlak olduğu üzə çıxıb", - məlumatda qeyd edilib.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az