Tramp Zelenskinin məktubunu cavabsız qoydu

10:05 - 29 May 2026

Tramp Zelenskinin məktubunu cavabsız qoydu

Ukrayna Prezidenti Volodimir Zelenski ölkədə hava hücumundan müdafiə sistemlərinin çatışmazlığı ilə bağlı həmkarı Donald Tramp və ABŞ Konqresinə göndərdiyi məktuba cavab ala bilməyib.


Manset.az “NBC News”a istinadən xəbər verir ki, Ukrayna lideri məktubun çərşənbə axşamı Vaşinqtona çatdırıldığını, lakin qarşı tərəfdən hələ də reaksiya olmadığını bildirib.

Qeyd edək ki, Volodimir Zelenski Ali Rada üzvləri ilə son görüşündə ABŞ-nin raketləri kifayət qədər məhdud sayda satdığını və buna görə də bu sahədə daha qətiyyətli işləməyə çalışacağını vurğulayıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az