Məkkə təhlükəli istilərə məruz qaldı

14:06 - 29 May 2026

Məkkə təhlükəli istilərə məruz qaldı

Yeni araşdırmalar göstərir ki, qlobal istiləşmə Məkkənin iqlimini ciddi şəkildə dəyişdirib və milyonlarla zəvvar artıq təkcə yayda deyil, ilin digər aylarında da təhlükəli istilərə məruz qalır.


Manset.az Trend-ə istinadən xəbər verir ki, fosil yanacaqların istifadəsi nəticəsində yaranan karbon tullantıları səbəbilə may ayında temperatur müntəzəm olaraq 40°C-yə qədər yüksəlir. Əvvəllər bu cür yüksək istilər əsasən yay aylarında müşahidə olunurdu. Alimlər bildirirlər ki, iqlim dəyişikliyi davam edərsə, Həcc ziyarəti əsrin sonuna qədər demək olar ki, ilboyu təhlükəli istilər şəraitində keçirilə bilər.

Həcc ziyarəti İslam təqvimi ilə hər il fərqli vaxta düşür və beş gün davam edir. 2024-cü ildə iyun ayında keçirilən Həcc ziyarəti zamanı həddindən artıq istilər və rütubət səbəbindən 1300-dən çox zəvvarın həyatını itirmişdi.

Səudiyyə Ərəbistanı isə zəvvarların təhlükəsizliyi üçün kölgəli yollar, soyutma məntəqələri, dumanlama sistemləri və geniş tibbi xidmətlər kimi tədbirlər həyata keçirir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az