Rusiya Ermənistandakı səfirini geri çağırdı

10:50 - 30 May 2026

Rusiya Ermənistandakı səfirini geri çağırdı

Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin Ermənistan rəhbərliyinin Avropa İttifaqı (Aİ) ilə yaxınlaşma istiqamətində atdığı addımlarla əlaqədar məsləhətləşmələr üçün Moskvaya çağırılıb.


Manset.az-ın məlumatına görə, bu barədə Ermənistan mediası Rusiya Xarici İşlər Nazirliyinə istinadən xəbər verir.

"Rusiya Federasiyasının Ermənistan Respublikasındakı səfiri Sergey Pavloviç Kopırkin Ermənistan rəhbərliyinin Aİ ilə yaxınlaşma istiqamətində atdığı və Avrasiya İqtisadi İttifaqı çərçivəsində əməkdaşlığa ziyan vuran addımları ilə əlaqədar məsləhətləşmələr üçün Moskvaya çağırılıb", - məlumatda bildirilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az