ABŞ pilotsuz texnologiyaların inkişafına 56 milyard dollar ayıracaq 

20:33 - 30 May 2026

ABŞ pilotsuz texnologiyaların inkişafına 56 milyard dollar ayıracaq 

ABŞ-ın müdafiə naziri Pit Heqset bildirib ki, ölkəsi 2027-ci maliyyə ilinin büdcəsi çərçivəsində ölkənin pilotsuz texnologiyalar sahəsində liderliyini təmin etmək üçün 56 milyard dollar investisiya ayırmağı planlaşdırır.


Manset.az APA-ya istinadən xəbər verir ki, Heqset bunu Sinqapurda keçirilən "Şanqri-La Dialoqu" forumunda bəyan edib.

"Prezident Trampın 2027-ci il büdcəsində dronlar sahəsində üstünlüyün təmin edilməsinə 56 milyard dollar məbləğində investisiyanın qoyulacağını görəcəksiniz", - nazir deyib.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az