Qəzzada ölənlərin sayı 73 minə yaxınlaşdı

18:38 - 31 May 2026

Qəzzada ölənlərin sayı 73 minə yaxınlaşdı

İsrailin Qəzza zolağında hərbi əməliyyatları nəticəsində ölənlərin sayı 73 minə yaxınlaşıb.


Manset.az xəbər verir ki, bu barədə Fələstin anklavının Səhiyyə Nazirliyi məlumat yayıb.

"2023-cü il oktyabrın 7-dən bu günə qədər İsrailin Qəzza zolağına endirdiyi zərbələr nəticəsində 72.939 nəfər həlak olub, 172.927 nəfər yaralanıb", - deyə nazirlik qeyd edib.

Son 24 saat ərzində Qəzzada bir cəsəd və səkkiz yaralı xəstəxanalara yerləşdirilib.

Səhiyyə Nazirliyinin məlumatına görə, 2025-ci ilin oktyabr ayında atəşkəs qüvvəyə mindikdən bəri İsrailin hücumları nəticəsində 930 fələstinli həlak olub, 2819 nəfər yaralanıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az