Livanın "Hizbullah" qruplaşması İsrailin şimalındakı yaşayış məntəqələrinə raket zərbələri endirib.
Manset.az Report-a istinadən xəbər verir ki, bu barədə Al Jazeera telekanalı radikalların "Telegram"dakı mesajına istinadən xəbər yayıb.
Məlumata görə, günün ikinci yarısında Qərbi Qalileya istiqamətində 20-dən çox raket buraxılıb, burada hava həyəcanı aktivləşdirilib.
"Hizbullah"ın rəsmi bəyanatında hücumların hədəflərinin Hayfanın şimal hissəsindəki və Livan sərhədindən 7 kilometr məsafədə yerləşən Nahariya şəhərindəki İsrail ordusu bazaları olduğu qeyd edilib.