İsrailin hücumları və işğalını davam etdirdiyi Livanın cənubunda Hizbullahın bomba yüklü pilotsuz uçuş aparatı (İHA) ilə hücum həyata keçirib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, hücum nəticəsində 1 İsrail əsgəri həlak olub.
İsrail ordusunun açıqlamasına görə, hücum zamanı Adam Tzarfati adlı əsgər ölüb, biri ağır olmaqla 3 əsgər yaralanıb.
Açıqlamada bildirilir ki, Hizbullah bomba yüklü İHA ilə yerli vaxtla saat 01:00 radələrində Livanın cənubundakı Yahmur bölgəsində Golani Tümenindən bir qrup əsgəri hədəf alıb.
İHA hücumu nəticəsində yaralanan 3 əsgər – biri ağır, ikisi yüngül xəsarətlərlə – helikopter vasitəsilə xəstəxanaya çatdırılıb.