Hizbullahdan İsrailə HÜCUM

15:38 - 01 İyun 2026

Hizbullahdan İsrailə HÜCUM

İsrailin hücumları və işğalını davam etdirdiyi Livanın cənubunda Hizbullahın bomba yüklü pilotsuz uçuş aparatı (İHA) ilə hücum həyata keçirib.



Manset.az xarici mediaya istinadən xəbər verir ki, hücum nəticəsində 1 İsrail əsgəri həlak olub.


İsrail ordusunun açıqlamasına görə, hücum zamanı Adam Tzarfati adlı əsgər ölüb, biri ağır olmaqla 3 əsgər yaralanıb.


Açıqlamada bildirilir ki, Hizbullah bomba yüklü İHA ilə yerli vaxtla saat 01:00 radələrində Livanın cənubundakı Yahmur bölgəsində Golani Tümenindən bir qrup əsgəri hədəf alıb.


İHA hücumu nəticəsində yaralanan 3 əsgər – biri ağır, ikisi yüngül xəsarətlərlə – helikopter vasitəsilə xəstəxanaya çatdırılıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az