Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin Türkiyə və Azərbaycanla münasibət qura bilməməsi halında xarici siyasətdə “tarazlıq” probleminin ortaya çıxacağını bildirib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Paşinyan münasibətlərin normallaşması ilə Ermənistan üçün yeni imkanların açılacağını vurğulayıb.
Məlumata görə, Paşinyan sosial media hesabında paylaşdığı videomesajında hökumətin xarici siyasətinə dair açıqlama verib.
Baş nazir qeyd edib:
“Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmaq hədəfimizə çatacağımıza əminəm. Bu, balanslı və tənzimləyici xarici siyasətin tam şəkildə həyata keçirilməsi və Ermənistanın yeni keyfiyyətli dövlətə çevrilməsi üçün yeni imkanların ortaya çıxması deməkdir”.