İran mətbuatının yaydığı məlumata görə Tehran administrasiyası Livana edilən hücumlardan sonra ABŞ ilə aparılan danışıqları dayandırıb.
Manset.az xarici mediasına istinadən xəbər verdiyi ki, Livana qarşı həyata keçirilən hücumlardan sonra Vaşinqtonla danışıqlar prosesi dayandırılıb.
Xəbərdə bildirilir ki, İran İsrailin Livan və Qəzzada həyata keçirdiyi hərbi əməliyyatların dayandırılması tələbi yerinə yetirilənədək heç bir görüş keçirməyəcək.
Bununla yanaşı, İran mediası danışıqların dayandırılması fonunda Hörmüz boğazının tam bağlandığını iddia edib.
Qeyd edək ki, Hörmüz boğazının bağlanması ilə bağlı məlumatlar beynəlxalq mənbələr tərəfindən təsdiqlənərsə, bu addım qlobal enerji bazarlarına və beynəlxalq dəniz nəqliyyatına ciddi təsir göstərə bilər. Hazırda məsələ ilə bağlı rəsmi təsdiqlərin və əlavə açıqlamaların verilməsi gözlənilir.