Avropa İttifaqı Rusiyaya qarşı Ermənistana dəstək oldu

23:15 - 01 İyun 2026

Avropa İttifaqı Rusiyaya qarşı Ermənistana dəstək oldu

Avropa İttifaqı Komissiyası Rusiya Prezidenti Vladimir Putinin Ermənistanın Aİ ilə yaxınlaşmasını Ukrayna ilə müqayisə edən bəyanatına münasibət bildirərək, İrəvanı Rusiyanın təzyiqlərinə qarşı dəstəkləməyə davam edəcəyini açıqlayıb.


Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, komissiyanın xarici əlaqələr üzrə nümayəndəsi Anouar El Anouni gündəlik mətbuat konfransında bildirib ki, Ermənistan suveren, demokratik və müstəqil dövlət kimi öz inkişaf yolunu və tərəfdaşlarını seçmək hüququna malikdir.

Onun sözlərinə görə, Avropa İttifaqı Ermənistanın demokratik dayanıqlığının gücləndirilməsinə dəstək verir. Bu dəstək hibrid təhdidlərə, xarici mənbələrdən qaynaqlanan informasiya manipulyasiyalarına və müdaxilələrə, eləcə də demokratik institutlara inamı sarsıtmağa yönəlmiş cəhdlərə qarşı mübarizəni əhatə edir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az