Porto Rikodan Çikaqoya gedən "Frontier Airlines" təyyarəsi fövqəladə eniş edib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Porto Rikodan Çikaqoya uçan Frontier Airlines təyyarəsi bir sərnişinin fövqəladə çıxış qapısını açmağa cəhd etməsi, pilot kabininə hücum etməsi və xidmətdə olmayan kabin personalını boğmağa çalışması səbəbilə Mayami Beynəlxalq Hava Limanına fövqəladə eniş edib.
Polis qeydiyyatları və federal ittiham aktlarına görə hadisə "Frontier Airlines"ın San Xuan–Çikaqo reysi üzrə 3345 saylı uçuşunda baş verib. Təyyarənin qalxışından təxminən 45 dəqiqə sonra 51 yaşlı sərnişin Xuan Qabriel Reyes uçaqdan düşmək istədiyini bildirərək narazılıq göstərməyə və fövqəladə çıxış qapısını zorlamğa başlayıb.
Kapının açılması qarşısı alındıqdan sonra Reyes pilot kabinəsinin qapısını çiyinləri ilə aqressiv şəkildə itələməyə cəhd göstərmişdir. Kabin heyətinin müdaxiləsi ilə kabindən uzaqlaşdırılan sərnişinə sakitləşməsi üçün tualetə getməsinə icazə verilib. Lakin, şübhəlinin tualetin döşəməsinə sidik ifraz etməyə çalışdığı bildirilib.