PUA avtobusu vurdu - 7 ölü, 11 yaralı

16:20 - 03 İyun 2026

PUA avtobusu vurdu - 7 ölü, 11 yaralı

Ukraynanın Rusiyanın işğalı altında saxladığı Donetsk bölgəsində bu səhər saatlarında bir sərnişin avtobusuna pilotsuz uçuş aparatı (PUA) zərbə endirib.



Manset.az xarici mediaya istinadən xəbər verir ki, hücum nəticəsində 7 nəfər həyatını itirib, 11 nəfər yaralanıb.


Rusiyanın Ukraynanı ittiham etdiyi hadisə zamanı avtobus Moskva ilə işğal altındakı Krımın Akmescit şəhəri arasında hərəkətdə olub. Donetskdə Rusiyanın təyin etdiyi “lider” Denis Puşilin açıqlamasında hadisəni bənzəri olmayan, insanlıq əleyhinə hücum kimi qiymətləndirib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az