Türkiyənin Bursa şəhərində dəhşətli ailə faciəsi baş verib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, 40 yaşlı Zafer G. naməlum səbəbdən həyat yoldaşı 36 yaşlı Güzde G. ilə mübahisə edib. Mübahisə zamanı kişi qadını 10 yaşlı oğlunun gözü qarşısında bıçaqlayıb.
Hadisə yerinə gələn təcili tibbi yardım xidmətinin əməkdaşları qadının öldüyünü müəyyən ediblər.
Polis əməkdaşları qətldə şübhəli bilinən Zafer G.-ni qısa müddətdə saxlayıblar. Qadının meyiti ekspertiza üçün məhkəmə-tibb morquna göndərilib.
Faktla bağlı araşdırma aparılır.