ABŞ Prezidenti Donald Tramp ilə Ukrayna Prezidenti Volodimir Zelenskinin çərşənbə axşamı Vaşinqtonda görüşü planlaşdırılır.
Manset.az xəbər verir ki, bu barədə Reuters Ağ Evin nümayəndəsinə istinadən məlumat yayıb.
Məlumata görə, Ukrayna tərəfi də Zelenskinin ABŞ-a səfərində maraqlıdır. Lakin ukraynalı mənbə bildirib ki, səfərlə bağlı yekun qərar Ağ Evin Trampın rəsmi iş qrafikini təsdiqləməsindən sonra veriləcək.
Mənbənin sözlərinə görə, Ukrayna və ABŞ rəsmiləri Rusiyaya təqdim edilməsi nəzərdə tutulan yeni sülh təşəbbüsləri çərçivəsində hava məkanında döyüş əməliyyatlarının dayandırılması ilə bağlı təklifi də müzakirə ediblər. Bildirilir ki, bu təşəbbüs Ukraynada müharibəyə son qoymağa yönəlmiş növbəti sülh danışıqları paketinin tərkib hissəsidir.