ABŞ Prezidenti Donald Tramp bölgədə gərginliyi artıra biləcək paylaşım edib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Tramp Hörmüz boğazını “Yeni ABŞ ərazisi” kimi göstərən xəritə yayımlayıb.
ABŞ liderinin paylaşımı Hürmüz boğazı ilə bağlı daha əvvəl səsləndirdiyi diqqətçəkən fikirlərdən sonra gəlib. Tramp sosial şəbəkə hesabında paylaşdığı xəritə ilə daha əvvəl Hürmüz boğazını “ABŞ ərazisi elan edəcəyi” barədə açıqlamasını xatırladıb.
Paylaşımda Hürmüz boğazı “Yeni ABŞ ərazisi” ifadəsi ilə ABŞ ərazisi kimi göstərilib.