İranın xarici işlər naziri Abbas Əraqçi İsraili diplomatik prosesləri qəsdən pozmaqda ittiham edib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, o, “Sionist rejim razılaşma memorandumunun icrasına ən böyük maneədir”
Əraqçinin sözlərinə görə, ABŞ ilə aparılan danışıqlarda İran öz şərtlərini qəbul etdirib və atəşkəsi də həmin şərtlər əsasında qəbul edib.
Nazir ABŞ ilə əldə olunan razılaşma memorandumunun qısa müddət sonra pozulmağa başlandığını bildirib.
“İki həftə keçməmiş memorandumu pozmağa başladılar. Çünki memorandumda nəzərdə tutulan bütün müddəalar İranın maraqları ilə üst-üstə düşürdü. Memorandumun icrasına ən böyük maneə isə sionist rejim idi və hələ də belədir. Onlar memorandumun həyata keçirilməsinə mane olmaq üçün əllərindən gələn hər şeyi etdilər və bu cəhdlərini hələ də davam etdirirlər”, - deyə Əraqçi bildirib.