Şimali Makedoniyada Qərbi Nil virusuna yoluxma nəticəsində 4 nəfər həyatını itirib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, paytaxt Skopyedəki İnfeksion Xəstəliklər və Qızdırmalı Vəziyyətlər üzrə Universitet Klinikasının direktoru Fadil Cana ölkədə Qərbi Nil virusu ilə bağlı vəziyyət barədə mətbuata açıqlama verib.
Açıqlamaya görə, hazırda 20 xəstənin müalicəsi davam edir, onlardan 5-i reanimasiya şöbəsindədir.
Onun sözlərinə görə, Qərbi Nil qızdırmasına yoluxan 15 xəstə isə sağalaraq klinikadan evə buraxılıb.
Virus səbəbindən həyatını itirən şəxslərin 83, 76, 72 və 61 yaşlarında olduğu bildirilib.
Qeyd edək ki, avqustun 12-də Skopyenin Kisela Voda, Qazi Baba, Aerodrom, Butel və İllinden bələdiyyələrində Qərbi Nil virusu ilə əlaqədar epidemiya elan edilib.