logo
logo logo
logo

İspaniyada ard-arda güclü ZƏLZƏLƏ - Otellər təxliyə edildi

10:07 - 19 Avqust 2026

İspaniyada ard-arda güclü ZƏLZƏLƏ - Otellər təxliyə edildi

İspaniyanın cənubundakı Qranada vilayətində baş verən üç yeni zəlzələ binalara ziyan vurub.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, təhlükəsizlik məqsədilə Əl-Həmra saray kompleksinin də daxil olduğu bir sıra muzey və idman obyektləri bağlanıb, turistlərin bəzi ərazilərə girişinə məhdudiyyət qoyulub.

Milli Coğrafiya İnstitutunun (IGN) məlumatına görə, çərşənbə axşamı qeydə alınan zəlzələlərin hər birinin maqnitudası 4,0-dan yüksək olub. Əndəlüs muxtar icmasının fövqəladə hallar üzrə məsul şəxsi Antonio Sanz bildirib ki, zəlzələlər nəticəsində azı üç nəfər yüngül xəsarət alıb. Yaralananlardan biri olan uşaq xəstəxanaya yerləşdirilib.

Son yeraltı təkanlar şənbə günü Qranada şəhərində baş verən 5,0 maqnitudalı zəlzələdən sonra qeydə alınıb.

Şənbə günkü zəlzələdən sonra tarixi abidədə heç bir zərərin olmadığı bildirilsə də, çərşənbə axşamı baş verən yeni təkanların ardından hakimiyyət orqanları İslam memarlığının ən mühüm nümunələrindən biri sayılan Əl-Həmra saray kompleksinin bəzi hissələrinə turistlərin girişini dayandırıb.

Qranada vilayəti rəhbərliyinin yaydığı açıqlamada inzibati binaların, muzeylərin və idman obyektlərinin bağlandığı, ilkin tibbi yardım mərkəzlərinin isə fəaliyyətini davam etdirdiyi bildirilib.

Təhlükəsizlik tədbirləri çərçivəsində Qranada metrosunda qatarların hərəkət sürəti saatda 30 kilometrədək azaldılıb. Şəhərdəki bəzi otellərdən də sakinlər və qonaqlar təxliyə edilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az