logo
logo logo
logo

Tramp-Kim Çen In görüşü - Liderlər bu il üz-üzə gələ bilər

12:28 - 19 Avqust 2026

Tramp-Kim Çen In görüşü - Liderlər bu il üz-üzə gələ bilər

ABŞ Prezidenti Donald Trampın Şimali Koreya lideri Kim Çen In ilə 2026-cı il başa çatmamış üz-üzə görüşmək istədiyi iddia olunur.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, iki liderin 2026-cı il Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı (APEC) Liderlər Zirvəsi çərçivəsində bir araya gələ biləcəyi bildirilir.

ABŞ rəsmilərinin sözlərinə görə, Tramp Kim Çen In ilə üz-üzə görüşmək istədiyini bildirib. Görüşün noyabr ayında Çinin Şençjen şəhərində keçiriləcək APEC Zirvəsi üçün Asiyaya səfəri çərçivəsində baş tuta biləcəyi ehtimal olunur.

Trampın Kim Çen In ilə görüş ehtimalı ilə bağlı müşavirlərinə göstəriş verdiyi iddia edilir. Bununla belə, Ağ Ev rəsmilərindən biri mümkün görüşlə bağlı rəsmi hazırlıq prosesinin hələ başlanmadığını bildirib. Rəsmi şəxs iki liderin uyğun vaxtda görüşəcəyini qeyd edib.

“Wall Street Journal” qəzetinin məlumatına görə, ABŞ Prezidenti Tramp avqustun 16-da Kim Çen In ilə yaxşı münasibətlərini əsas gətirərək Cənubi Koreya ilə birgə hərbi təlimlərin əhəmiyyətli dərəcədə azaldılmasını istəyib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az