İstanbulun Adalar rayonu sahillərində 3,1 bal gücündə zəlzələ qeydə alınıb.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, Kandilli Rəsədxanasının məlumatına görə, zəlzələ saat 11:30-da baş verib. Yeraltı təkanların ocağı 11,2 kilometr dərinlikdə yerləşib.
Hazırda zəlzələ nəticəsində dağıntı və ya xəsarət barədə məlumat yoxdur.
Qeyd edək ki, son sutka ərzində Mərmərə dənizinin Adalar sahillərində çoxsaylı zəif yeraltı təkanlar qeydə alınıb. Bölgədə seysmik aktivlik bu gün də davam edib.