logo
logo logo
logo

Konqo Ebolaya qarşı 70 min doza peyvənd alacaq

19:25 - 20 Avqust 2026

Konqo Ebolaya qarşı 70 min doza peyvənd alacaq

Konqo Demokratik Respublikası Ebola virusuna qarşı ilkin mərhələdə 70 min doza peyvənd alacaq.


Manset.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

Qeyd olunub ki, Ervebo vaksininin 20 min dozası Bundibugyo virusunun yaratdığı xəstəliyə qarşı peyvəndin effektivliyinin daha yaxşı öyrənilməsi məqsədilə III mərhələ klinik sınaqlarda istifadə olunacaq. Yerdə qalan 50 min doza isə tibb və xəstəliyə qarşı mübarizədə iştirak edən digər mütəxəssislərin vaksinasiyasına yönəldiləcək.

İlkin laboratoriya və heyvanlar üzərində aparılan tədqiqatların nəticələri vaksinin müəyyən qoruyucu təsir göstərə biləcəyini deməyə əsas verir.

ÜST rəhbəri Tedros Adhanom Qebreyesus da öz növbəsində bu qərarı qlobal həmrəyliyin mühüm nümunəsi kimi qiymətləndirib.

O, həmçinin əlavə edib ki, ÜST bundan sonra da digər tərəfdaşlarla birgə epidemiyanın nəzarət altına alınması və regionda insanların həyatının qorunması üçün gücləndirilmiş epidemioloji nəzarət, xəstəliyin vaxtında aşkarlanması, keyfiyyətli tibbi yardım, icmalarla maarifləndirici iş və vaksinasiya tədbirlərini dəstəkləməyə davam edəcək.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az