Türkiyə ərazisində episentri Çankırının Ilqaz rayonunda yerləşən 4,2 bal gücündə zəlzələ baş verib.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, AFAD-ın Zəlzələ şöbəsinin məlumatına görə, zəlzələ saat 05:06-da Çankırının Ilqaz rayonunda qeydə alınıb.
Yer səthindən 12 kilometr dərinlikdə baş verən zəlzələ ətraf vilayət və rayonlarda da hiss olunub.
Zəlzələdən sonra indiyədək hər hansı mənfi hal barədə məlumat daxil olmayıb.