“Ay Tenli Kadın” mahnısı ilə tanınan müğənni Ufuk Beydemirin ata olmağa hazırlaşdığı məlum olub.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, ilk övladını gözləyən müğənni bu xəbəri sosial şəbəkə hesabında paylaşdığı körpəsinin ultrasəs görüntüsü ilə elan edib.
Beydemirin sevgilisinin Avropada yaşadığı və 2,5 aylıq hamilə olduğu iddia edilir.
Qeyd edək ki, Ufuk Beydemir 2022-ci ildə aktrisa İpək Filiz Yazıcı ilə Romada iki illik münasibətini rəsmiləşdirmişdi. Cütlüyün münasibəti uzun sürməyib və onlar ötən il ayrılıblar.