ABŞ və İran arasında gərginlik davam edərkən Vaşinqtondan Tehrana yeni mesaj gəlib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp sosial şəbəkə hesabında İranın vəziyyəti ilə bağlı qısa açıqlama verərək “İran tamamilə çöküşdədir” deyib.
Trampın açıqlaması iki ölkə arasında qarşılıqlı təhdidlərin artdığı bir vaxtda səslənib. ABŞ administrasiyası son günlər İran üzərində iqtisadi təzyiqin artırılacağı barədə də mesajlar verib.
İran tərəfi isə ABŞ-ın mümkün yeni addımlarına qarşı sərt mövqe nümayiş etdirir. Tehranın açıqlamalarında ABŞ və İsrailin hücumlarında istifadə olunan hərbi imkanların və bazaların da mümkün hədəflər sırasında ola biləcəyi bildirilib.
Vaşinqtonla Tehran arasında gərginliyin növbəti mərhələdə hansı istiqamətdə inkişaf edəcəyi isə açıq qalır.