logo
logo logo
logo

İngiltərədə hava nəqliyyatı sistemi iflic oldu - 1300-ə yaxın reys ləğv edildi

11:15 - 09 Sentyabr 2026

İngiltərədə hava nəqliyyatı sistemi iflic oldu - 1300-ə yaxın reys ləğv edildi

İngiltərədə hava hərəkətinin idarə olunması sistemində baş verən texniki nasazlıq hava nəqliyyatında ciddi problemlərə səbəb olub.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, Heathrow, Gatwick və Mançester hava limanlarının da daxil olduğu ölkənin iri hava limanlarında təxminən 1 300 reys ləğv edilib, yüz minlərlə sərnişin yaranmış problemlərdən zərər çəkib. Texniki nasazlıq aradan qaldırılsa da, ləğvlərin və gecikmələrin bu gün də davam etdiyi bildirilir.

İngiltərə son illərin ən böyük hava nəqliyyatı böhranlarından biri ilə üzləşib. Ölkədə hava hərəkətinə nəzarət xidmətlərini göstərən NATS şirkətinin uçuş məlumatlarını emal edən sistemində yaranan texniki nasazlıq ölkə üzrə hava limanlarında zəncirvari problemlərə səbəb olub.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az