logo
logo logo
logo

İki gəmi toqquşdu - Dənizdə dəhşətli QƏZA

10:38 - 21 Sentyabr 2026

İki gəmi toqquşdu - Dənizdə dəhşətli QƏZA

Sinqapur sularında Panama bayraqlı yük gəmisi Çinə məxsus balıqçı gəmisi ilə toqquşub. Dəniz qəzası zamanı həyəcanlı anlar yaşanıb.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, Panama bayraqlı "First Margaux" adlı yük gəmisi Çinin "Lu Qing Yuan Yu 108" adlı balıqçı gəmisi ilə toqquşub. Qəza anı balıqçı gəmisindəki mobil telefon kamerası ilə anbaan lentə alınıb. Hadisənin Sinqapur sahillərində dəniz hərəkətinin sıx olduğu ərazidə baş verdiyi bildirilir. İlk araşdırmalara və dəniz hərəkəti təhlillərinə əsasən, "First Margaux" öz hərəkət zolağı ilə irəliləyərkən sağ tərəfdən Sinqapur bayraqlı "Gas Iris" neft tankerinin əraziyə daxil olduğu görünür.

Yük gəmisi digər gəmi ilə təhlükəsiz məsafəni saxlamağa çalışarkən, Çin balıqçı gəmisinin də hərəkət zolağına girdiyi və nəticədə gəmilərin toqquşduğu ehtimal olunur.

Dənizçilik qurumları qəzanın dəqiq səbəbini müəyyənləşdirmək üçün təhqiqata başlayıb, ərazidəki Avtomatik Tanınma Sistemi (AIS) məlumatları da araşdırılır. Hadisə nəticəsində xəsarət alanların olub-olmaması ilə bağlı hələlik rəsmi məlumat verilməyib.

Gəmilərə dəyən ziyanın həcmini müəyyən etmək üçün baxış keçirilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az