logo
logo logo
logo

ABŞ-də dizelin qiyməti rekord həddə çatdı – 6,5 dolları keçdi 

14:40 - 21 Sentyabr 2026

ABŞ-də dizelin qiyməti rekord həddə çatdı – 6,5 dolları keçdi 

ABŞ-də dizel yanacağının pərakəndə satış qiyməti ilk dəfə bir qallon üçün 6,5 dollar həddini keçib.


Manset.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Sentyabr ayında qiymət artımının tempi sürətlənib. Cari ayda dizelin qiyməti artıq 87 sentdən çox artıb. Yanacaq demək olar ki, hər gün bahalaşır və 2022-ci ildə qeydə alınmış əvvəlki pik səviyyəni də keçib.

Dizel yanacağının dünya üzrə tədarükü ABŞ ilə İran arasında müharibə səbəbindən azalıb. Bununla yanaşı, Fars körfəzi regionundan xam neft tədarükü tam bərpa olunmayıb. Bu da dünyanın digər bölgələrində neft emalı zavodlarında yanacaq istehsalını məhdudlaşdırır.

Bundan əlavə, Rusiya dizel yanacağının böyük hissəsinin ixracına qadağa qoyub. Ukrayna PUA-larının Rusiyanın neft emalı müəssisələrinə hücumları davam etdiyindən bu məhdudiyyətin oktyabrın sonunadək uzadıla biləcəyi bildirilir. Həftəsonu Moskva Neft Emalı Zavoduna da zərbə endirilib.

ABŞ-də avtomobil sürücülərinin əksəriyyəti dizel yanacağından istifadə etmir. Lakin dizel yük maşınlarında, kənd təsərrüfatı texnikasında, elektrik generatorlarında, gəmilərdə və qatarlarda, eləcə də yaşayış evlərinin isitmə sistemlərində istifadə olunur. Buna görə də onun qiymətindəki artım iqtisadiyyatın demək olar ki, bütün sahələrinə təsir göstərir.

Dizelin rekord qiymətə yüksəlməsi ABŞ-nin bəzi ştatlarında Prezident Donald Trampın Respublikaçılar Partiyasına dəstəyi zəiflədə bilər. Ağ Ev isə yanacağın bahalaşmasına qarşı mümkün siyasi tədbirləri nəzərdən keçirir.

ABŞ-də inflyasiyanın davamlı yüksək göstəriciləri Federal Ehtiyat Sistemini ötən həftə uçot dərəcəsini 0,25 faiz bəndi artırmağa vadar edib. Bu, 2023-cü ildən bəri ilk faiz artımıdır.

Avropada da dizelin qiyməti tarixi maksimumu yeniləyib. 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az