ABŞ Hərbi Dəniz Qüvvələri katibinin vəzifələrini icra edən Hun Kao "USS Abraham Lincoln" təyyarədaşıyan gəmisinin zərbə qrupunda xidmət edən 8 dənizçinin intihara cəhd etdiyini açıqlayıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Yaxın Şərqdə uzun sürən və dəfələrlə müddəti uzadılan xidməti missiyadan sonra təyyarədaşıyan gəmi və şəxsi heyət hazırda ABŞ-yə qayıdır.
ABŞ-nin İrana qarşı həyata keçirdiyi əməliyyatlar çərçivəsində Yaxın Şərqdə uzun müddət xidmət edən "USS Abraham Lincoln" zərbə qrupunun heyətinin psixi sağlamlığı və iş şəraiti ilə bağlı müzakirələr bu hadisədən sonra yeni mərhələyə qədəm qoyub.