ABŞ kəşfiyyatının Rusiyanın İspaniya, Fransa və ya İtaliyaya qarşı pilotsuz uçuş aparatları (PUA) vasitəsilə əməliyyat hazırlaya biləcəyi barədə Avropa ölkələrinə xəbərdarlıq etdiyi iddia olunur.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Rusiya 600 kilometr mənzilə malik “Gerbera” PUA-larını ticarət gəmilərindəki konteynerlərdə gizlədərək Aralıq dənizindən buraxa bilər.
Mümkün hədəflər arasında hava limanları, dəniz limanları və hərbi obyektlər göstərilir.