logo
logo logo
logo

ABŞ İrana qarşı sanksiyaları genişləndirib

23:57 - 29 Sentyabr 2026

ABŞ İrana qarşı sanksiyaları genişləndirib

ABŞ İran Müdafiə Nazirliyinə silah və komponentlərin alınmasında yardım etməkdə ittiham olunan 10 fiziki və hüquqi şəxsə qarşı sanksiyalar tətbiq edib.


    Manset.az APA-ya istinadən xəbər verir ki, sanksiya siyahısına Çin, Honkonq və Pakistanda yerləşən strukturlar da daxil edilib.

    ABŞ Maliyyə Nazirliyinin məlumatına görə, məhdudiyyətlər Donald Tramp administrasiyasının İrana iqtisadi təzyiq göstərilməsi və Tehranın təcrid olunmasına yönəlmiş daha geniş kampaniyasının bir hissəsidir.

    “Maliyyə Nazirliyi maddi, texnoloji və ya maliyyə dəstəyi göstərən şəxsləri müəyyənləşdirməyə və onların fəaliyyətini məhdudlaşdırmağa davam edəcək”, – deyə ABŞ-ın maliyyə naziri Skott Bessent bildirib.

    Onun sözlərinə görə, Vaşinqton İrana göstərilən dəstəyi qəbul etməyəcək və Tehrana yardım edən şəxsləri müəyyənləşdirmək, ifşa etmək və təcrid etmək istiqamətində fəaliyyətini davam etdirəcək.

    ABŞ Maliyyə Nazirliyi sanksiyaların İranın silah proqramlarını bərpa etmək imkanlarını zəiflətmək, eyni zamanda Tehranın silah əldə etməsinə kömək edənlər üçün bunun maliyyə və iqtisadi nəticələrini artırmaq məqsədi daşıdığını bildirib.


    Bizi Facebook-da izləyin
    Yeniliklərdən xəbərdar olun
    Keçid et

    Digər xəbərlər

    Xəbər xətti

    Bütün xəbər xətti
    yenielan.az
    yenielan.az