logo
logo logo
logo

50 eyni lotereya bileti alıb hamsını qazandı 

18:20 - 07 Oktyabr 2026

50 eyni lotereya bileti alıb hamsını qazandı 

ABŞ-nin Cənubi Karolina ştatının sakini özünü şanslı hiss etdiyi üçün eyni lotereya kombinasiyası ilə 50 bilet alıb.


Manset.az Bakıvaxtı.az-a istinadla xəbər verir ki, onun intuisiyası doğru çıxıb. Alınan 50 biletin hamısı uduşlu olub və kişiyə ümumilikdə 250 min dollar qazandırıb.

“Özümü şanslı hiss etdim”, – deyə qalib bildirib. O, qazanc gətirən rəqəm kombinasiyası ilə bir daha bilet almayacağını söyləyib. Qalib hesab edir ki, eyni şansın ikinci dəfə təkrarlanması çox çətindir.

Qeyd edək ki, daha əvvəl Merilend ştatında bir qadın ardıcıl üç uduşlu lotereya bileti alaraq 150 min dollar qazanmışdı. O, pulu evinin təmirinə xərcləməyi planlaşdırırdı.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az