İstanbulda yağışlar səbəbindən həftəsonu üçün tədris fəaliyyətləri və imtahanlar dayandırılıb.
Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu haqda İstanbul Valiliyi açıqlama yayıb.
İstanbul Valiliyi gözlənilən yağışlarla əlaqədar bəzi tədris fəaliyyətlərinin və imtahanların iki gün müddətinə dayandırıldığını açıqlayıb:
“Bu həftəsonu İstanbulda gözlənilən güclü yağışlar və 16 oktyabr 2026-cı il tarixində keçirilən Vilayət İctimai Sağlamlıq Şurasının iclasında qəbul edilən qərara əsasən, Elm və İncəsənət Mərkəzlərindəki bütün əyani dərslər, E-İmtahan Mərkəzlərində keçirilən imtahanlar, 'Dəstək və Təlim Kursları' (DYK), eləcə də Xalq Təhsili Mərkəzlərindəki əyani tədris fəaliyyətləri 17 oktyabr 2026-cı il şənbə və 18 oktyabr 2026-cı il bazar günləri üçün dayandırılmışdır”.