Restorandan stol-stul oğurladı, həbs edildi

23:17 - 07 İyun 2024

Restorandan stol-stul oğurladı, həbs edildi

Gəncə şəhəri, Ü.Hacıbəyov küçəsində yerləşən "Dost qapısı” restoranın stol və stuları oğurlanıb.

Manset.az Qaynarinfo-ya istinadən oğurluğu törədən 1997-ci il təvəllüdlü Asif Hacıyev (şərti) saxlanılıb. 

Asif restoranın açıq sahə hesab olunan həyətindən ümumi dəyəri 440 manat olan 1 ədəd stol, 4 ədəd stul və 1ədəd manqalı oğurlayıb. 

Onun Gəncədə bir avtomobildən 80 manat dəyərində olan akkumlyatoru oğurlaması da məlum olub. 

Məhkəmənin qərarı ilə Asif İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinib və 23 gün inzibati qaydada həbs  edilib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az