Bakının Yasamal rayonunda yerləşən çoxmərtəbəli binadan yanğın olub.
Manset.az xəbər verir ki, hadisə MİDA yaşayış kompleksində qeydə alınıb. Yanğın nəticəsində yaşayış binasının şaxtasında elektrik naqilləri yanıb.
Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin texnika və qüvvələri əraziyə cəlb olunub.
Yanğın söndürülüb.